Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

"Biznes kreditlərinə 129,7 mln manatlıq dövlət zəmanəti verilib" - Nazir

"Biznes kreditlərinə 129,7 mln manatlıq dövlət zəmanəti verilib" - Nazir

Tarix: 7-07-2021, 16:38


Zəmanət subsidiya mexanizmi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin ilk 5 ayı ərzində Elektron Kredit Platforması üzərindən kredit tələbatı 224,1 milyon manat olan 847 müraciət üzrə yeni biznes kreditlərinə 129,7 milyon manat məbləğində dövlət zəmanəti verilib.

Mediabiz.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Xatırladaq ki, ötən ilin 30 iyun tarixində İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platformasını (e-edf.gov.az) təqdim edib.

Qeyd edilirdi ki, platformaya 15 bank qoşulub, gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR