Son Xəbər: Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir,

Geely Azərbaycan Camal Alxasova avtomobil hədiyyə etdi! Foto

Geely Azərbaycan Camal Alxasova avtomobil hədiyyə etdi! Foto

Tarix: 8-07-2021, 08:17



Torpaqlarımızın bütövlüyü uğrunda gedən Vətən müharibəsində hər iki ayağını itirmiş qazimiz Camal Alxasova Geely Azərbaycan yeni model avtomobil hədiyyə etdi.

"Efendiler Group”- un sahibi iş adamı Ə.Ənvərli avtomobili şəxsən özü təqdim edib. Sahibkar həmçinin digər iş adamları və şirkət sahiblərinə çağırış edərək onların da qazilərimizə eləcədə şəhid ailələrinə dəstək olmağa çağırdı. Sahibkar Müharibənin bitdiyini, lakin mübarizə zamanının gəldiyini vurğuladı. 44 günlük vətən müharibəsində bizlərə sevinc yaşatmış bütün qazi və şəhidlərimizi, onların ailələrini unutmamalı, ömrümüzün sonuna qədər onların sevincinə və kədərinə şərik olmalıyıq. Azərbaycan xalqının vətən müharibəsindəki qələbəsinin ən əsas amili yaşlısından tutmuş körpəsinə qədər hərkəsin Ali Baş Komandanımız Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi və ona sonsuz güvənci şübhəsizki bizlərə bu günləri yaşadır.

Qeyd edək ki "Efendiler Group”-un 20 illik fəaliyyəti dövründə ictimailəşmiş dəstəkləri və yardım kampaniyaları olmuşdur, eləcə də Covid19-la mübarizədə və Vətən müharibəsində şirkət bütün imkanlarından istifadə etmiş və bundan sonrada edəcəyini söz vermişdir.








RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR