Son Xəbər: Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib, Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib, Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib, Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək, Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi, Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib, İlham Əliyev Türkiyəyə işgüzar səfər edib, Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik", “Teleradio”ya yeni rəhbər təyin edilib, Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılışında iştirak edib,

Ölkədə narkotik ucuzlaşır: Səbəbləri nədir? - DİN AÇIQLADI

Ölkədə narkotik ucuzlaşır: Səbəbləri nədir? - DİN AÇIQLADI

Tarix: 8-07-2021, 11:21

“Sosial şəbəkə istifadəçiləri və ictimai fəallar iddia edir ki, guya ölkədə narkotik vasitələrin istehsalı həyata keçirilir. Narkotik vasitələri və psixotrop maddələri istifadə edən şəxslərin sayının artmasını və qiymətin ucuzlaşmasını bununla əlaqələndirirlər”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nəcəf Aydınoğlu deyib. O bildirib ki, bununla əlaqədar keçirilən əməliyyat prosesində iddialar öz təsdiqini tapmayıb:

“DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları tərəfindən bu barədə gedən söhbətlərlə əlaqədar əməliyyat tədbirləri həyata keçirilib. Şübhə doğuran bir sıra hallar tərəfimizdən yoxlanılıb. Lakin ölkə ərazisində narkotik vasitələrin istehsalını və satışını həyata keçirən hər hansı şəxs tərəfimizdən müəyyən edilməyib. Buna görə deyə bilmərik ki, ölkədə narkotik vasitələrin istehsalı həyata keçirilir”.

N.Aydınoğlu qeyd edib ki, narkotik vasitələrin və psixotrop maddələrin qiymətinin azalmasının və istifadəçilərin sayının çoxalmasının səbəbi narkotacirlərin qiymətləri süni şəkildə azaltmasıdır:

“Qiymət azalmasını səbəbi bəzi şəxslərin ölkə ərazisində narkotiklərin satışını təşkil edəcək narkokuryerləri tapa bilməməsidir. Bu, DİN və hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri ilə bağlıdır. Narkokuryerlər qiymət baha olduğundan satış həyata keçirə bilmədikləri üçün narkotik vasitə ala bilmirdilər. Bu səbəbdən ölkə xaricində narkotacirlər qiymətləri süni şəkildə azaldır və onun yayılmasına süni şəkildə şərait yaradırlar.

Bundan başqa narkotik vasitə istifadə edən şəxslərin sayının artması səbəblərindən biri də sosial şəbəkələrdə narkotik vasitələrin faydalı olması barədə fikirlərin səslənməsidir”.

[media=https://youtu.be/Pkuzgb-1WwA]




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR