Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

FHN-nin “Telegram” kanalı istifadəyə verildi

FHN-nin “Telegram” kanalı istifadəyə verildi

Tarix: 8-07-2021, 17:59


Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması və fövqəladə hallarla bağlı davranış qaydaları üzrə əhalinin maarifləndirilməsi üçün Nazirliyin rəsmi internet saytı və sosial şəbəkə səhifələrindən fəal şəkildə istifadə edir. 

Bu çərçivədə vətəndaşların informasiya mənbəyi kimi sosial şəbəkələrə getdikcə artan tələbatını nəzərə alaraq, Nazirliyin rəsmi “Telegram” kanalı istifadəyə verilib.

“Fövqəladə Hallar Nazirliyinin rəsmi kanalı” (https://t.me/fhn_official) adı ilə ictimaiyyətə təqdim olunan kanalda Nazirliyin fəaliyyəti, keçirilən tədbirlər barədə, habelə maarifləndirici xarakterli materialların paylaşılması nəzərdə tutulub. 

Qeyd edək ki, Nazirliyin “Facebook” (@officialfhn), “Twitter” (@officialfhn), “İnstagram” (@officialfhn) sosial şəbəkə səhifələri, habelə “YouTube” kanalı (FHN Official) uzun müddətdir fəaliyyət göstərir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR