Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Əhəd Abıyev şəhid bulağının açılışında Əli İnsanovu yıxıb-sürüdü - VİDEO

Əhəd Abıyev şəhid bulağının açılışında Əli İnsanovu yıxıb-sürüdü - VİDEO

Tarix: 9-07-2021, 11:08

İyulun 8-də Daşkəsən rayonunda Vətən müharibəsi şəhidi, əsgər Bağırov Elnur Sahib oğlunun adına inşa edilən ehsan bulağının açılışı baş tutub.

Unikal.org xəbər verir ki, açılış zamanı icra başçısı Əhəd Əbiyev sabiq səhiyyə naziri Əli İnsanovu tənqid edib.

"Deputat olduğum illərdə Heydər Əliyev adına Respublika Sarayı qarşısında keçirilən tədbirdə müxtəlif rayonlardan olan şəxslər Əli İnsanova yaxışlaşaraq bəzi xahişlər edirdilər.  Ə.İnsanov da həmin insanları təhqir edirdi. Bu vaxt bir neçə nazir də orada idi.

Mən ona iradımı bildirdim və dedim ki, niyə vətəndaşı təhqir edirsən. Onun kobud cavabından sonra özümü saxlaya bilmədim. İdmançı, boksçu olmağımdan istifadə edib ona möhkəm yumruq vurdum. Əli İnsanov həmin yumruğun təsirindən ağzı üstə yerə yıxıldı. Bunu bütün mətbuat da, bir çox şəxslər də bilir.

Həmin hadisədən bir müddət sonra onu  həbs etdilər.

Arvadı faşist "nemka" olduğu təqdirdə, Ə.İnsanov hansı dövlətçilikdən danışa bilər?!"

Ə.Əbiyev qeyd edib ki,  bir neçə gün öncə özünü şəhid ailəsi kimi təqdim edərək,  onun adamları tərəfindən döyüldüyünü iddia edən Sevda Şıxıyeva Əli İnsanovun adamıdır:

"Onlar Əli İnsanovun partiyası ətrafında toplaşaraq Daşkəsəndə müxalifət partiyası yaratmaq istəyirdilər. Mən bunların qarşısını almışam. O şəxslər Ə.İnsanovla birlikdə şəhid ailələrinin adından istifadə edərək yalan, böhtan yayırlar".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR