Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Azərbaycanda bunu edənlər CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda bunu edənlər CƏRİMƏLƏNƏCƏK

Tarix: 9-07-2021, 12:03


Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Məcəlləyə yeni - 602-2-ci maddənin əlavə edilib.

Yeni maddəyə əsasən, “Mediasiya haqqında” qanuna uyğun olaraq Medasiya Şurasının üzvlüyünə qəbul edilmədən fiziki şəxsin mediator fəaliyyəti ilə məşğul olmasına, hüquqi şəxsin mediasiya təşkilatı kimi və (və ya) mediasiya təlimi sahəsində fəaliyyət görməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.

Medasiya təşkilatları, mediatorlar, mediasiya təlimi qurumları tərəfindən mediasiya reyesterində onlar barədə olan məlumatlarda baş vermiş dəyişikliklər barədə “Mediasiya haqqında” qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatların verilməməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə ediləcək.

Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən “Mediasiya haqqında” qanunda nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulmasına görə fiziki şəxslər səkkiz yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcək.

Mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə edilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə ediləcək.

Mediator tərəfindən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinin alınmamasına, habelə ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə beş yüz manat cərimə edilir.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR