Son Xəbər: Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir,

Xarici diplomatlar Füzuli Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar - VİDEO

Xarici diplomatlar Füzuli Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar - VİDEO

Tarix: 9-07-2021, 21:40


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri Şuşaya səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının tikintisinin gedişi ilə tanış olublar.

Diplomatlara Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulmuş hava limanında görülən işlər barədə məlumat verilib. Bildirilib ki, aeroportun tikintisi işlərinə Azərbaycanın xarici tərəfdaşları, o cümlədən İtaliya və Türkiyə şirkətləri fəal surətdə cəlb olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Füzulidə beynəlxalq hava limanının tikintisi barədə 2021-ci ilin yanvarında Sərəncam imzalayıb. Beynəlxalq hava limanının təməlqoyma mərasimi isə yanvarın 14-də keçirilib. Aeroportun uçuş-enmə zolağının sentyabr ayınadək, hava limanının isə ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri Füzuli şəhərini işğal etməmişdən əvvəl burada yerli əhəmiyyətli hava limanı mövcud olub. İşğaldan sonra Füzuli şəhəri kimi, hava limanı da ermənilər tərəfindən dağıdılıb. Ərazisi 250 hektar olan yeni aeroportun uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR