Son Xəbər: Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR, Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi, Babək Quliyev UEFA-dan növbəti təyinat alıb, Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə abidə ucaldılacaq, London COP29-da iqlim dəyişikliyi ilə mübarizədə töhfəyə görə Bakıya təşəkkür edib, Arsenala qəbul edilən bu raket ilk dəfə paradda göstərildi, Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb, Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib, Karapetyan “Ermənistan Elektrik Şəbəkələri”ni idarə etməkdən məhrum edilə bilər, İslam Oyunları: Azərbaycan millisi yarımfinalda məğlub olub,

Polisdən narkotiklə bağlı genişmiqyaslı əməliyyat - FOTO

Polisdən narkotiklə bağlı genişmiqyaslı əməliyyat - FOTO

Tarix: 10-07-2021, 10:53

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Əliyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman killi miqdarda narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arif Abbasov saxlanılıb. Polis İdarəsində üzərindən heroin aşkar edilən A. Abbasov narkotik maddəni 20 manata aldığını etiraf edib. Hazırda sonuncuya narkotik maddəni satan mənbənin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə  rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. İdarənin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı şəhər sakini Orxan Abdullayev saxlanılmış, üzərindən aşkar edilən narkotik maddə olan “metamfetamin” müvafiq ekspertizaya göndərilib. Bundan başqa Kəpəz RPİ-də şəhər sakinləri Elşad Abdullayevin və Cavid Mayılovun üzərlərinə şəxsi baxış keçirilən zaman onlardan “metamfetamin” və heroin aşkar edilib.

Baş İdarə əməkdaşları da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirib.

Cinayət Axtarışı İdarəsinin əməkdaşları şəhər sakini Ceyhun İbrahimovda heroin aşkar edərək barəsində toplanan cinayət materialını istintaqa göndərib. Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri analoji tədbirlər nəticəsində isə şəhər sakini Namiq Əliyev saxlanılaraq bölməyə gətirilib. Onun üzərindən isə narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya göndərilib. Faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.











RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR