Son Xəbər: Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib,

“Sentyabrdan ənənəvi təhsilə qayıdacağıq” – Kamran Əsədov

“Sentyabrdan ənənəvi təhsilə qayıdacağıq” – Kamran Əsədov

Tarix: 13-07-2021, 11:22


Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adhanom Qebreyesus bildirib ki, növbəti təhsil ilində də məktəblər açılmayacaq. 


ÜST nümayəndəsi mövcud epidemoloji vəziyyətin buna imkan vermədiyini bildirib.


Lakin bizdə elə təsəvvür var ki, artıq sentyabrdan ənənəvi təhsilə qayıtmaq mümkün olacaq. Bəzi ali məktəblər artıq bu yöndə fəaliyyətə başlayıb, ənənəvi təhsilə keçidə hazırlıq işləri görür.

Maraqlıdır, növbəti tədris ilində şagird və tələbələr yenə distant formada təhsil alacaq? ÜST-ün belə bir bəyanatı Azərbaycan təhsil sisteminə hər hansı formada təsir edə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov artıq sentyabrdan ali və orta təhsil müəssisələrinin ənənəvi təhsilə qayıdacağını deyib:

"İstər Azərbaycanda, istərsə də dünyada yeni tədris ilinin başlaması ilə əlaqədar müxtəlif fikirlər var. Biz məsələyə Azərbaycan nöqteyi-nəzərindən baxsaq, ali təhsil müəssisələri və orta təhsil müəssisələri sentyabrdan ənənəvi təhsil formasına qismən də olsa qayıda bilər. Bu ehtimal kifayət qədər böyükdür. Dünya reytinqində ilk yüzlükdə olan universitetlər yeni tədris ilinə ənənəvi formada başlamağı planlaşdırırlar. Onlar bunun həyata keçirilməsi üçün tələb olaraq təhsil alanların və təhsil verənlərin peyvənd olunmasını tələb edirlər. Qeyd edim ki, Azərbaycanda təhsilin bütün pillələri üzrə 220 min nəfər çalışır ki, onlardan da artıq 155 min nəfərə yaxını vaksinasiya olunub. Orta məktəbdə çalışan 4 minə yaxın müəllim, ali təhsil müəssiələrində isə 1700 nəfər müəllim vaksinasiyadan imtina edib". 
Ekspert koronavirusa yoluxma sayının artmasının tədrisə təsir etməməli olduğunu qeyd edib:

"Artıq toylara icazə verilməsi nəticəsində yoluxmaların sayı artıb. Lakin biz yoluxma sayına nisbətdə başqa nəticələrə də baxmalıyıq. Belə ki, 2021-ci ilin fevralından ali təhsil müəssisələrində tibb ixtisasında bütün kurslar üzrə, digər ali təhsil müəssisələrində isə laborotoriya və mühəndislik üzrə ənənəvi tədris forması bərpa edilib. Orta məktəblərlə bağlı təcrübəyə gəldikdə isə biz yoluxma artıqca məktəbləri bağladıq, azaldıqda açdıq. Bu təcrübə özünü doğrultmadı. Məsələyə fərqli formatda baxıb, ənənəvi tədrisə keçmək lazımdır. Bundan əlavə, yoluxma sayının hədsiz dərəcədə çox olacağı gözlənilən deyil. Çünki artıq ölkədə 4 milyona yaxın şəxs vaksinasiyadan keçib. Bütün bu rəqəmlər tədrisin ənənəvi formada bərpa edilməsini qaçılmaz edir".
 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR