Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

“Karantin tədbirlərinə hazır olmalıyıq” – Adil Qeybulladan yeni qapanma anonsu

“Karantin tədbirlərinə hazır olmalıyıq” – Adil Qeybulladan yeni qapanma anonsu

Tarix: 13-07-2021, 13:47


Dünyada ardıcıl 4 həftədir ki, COVİD-19-a yoluxma artır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. 
Eyni hal Azərbaycanda da müşahidə edilir. Son günlərin statistikasına nəzər saldıqda, əvvəlki həftələrlə müqayisədə yoluxmaların sayında artım olduğu görülür.

Bu baxımdan hazırda ictimaiyyətdə yenidən qapanmalara gedilməsi ilə bağlı söz-söhbətlər dolaşır. Maraqlıdır, Azərbaycanda karantin rejiminin sərtləşməsinə ehtiyac varmı?
Tibb məsələləri üzrə ekspert Adil Qeybulla Sfera.az-a açıqlamasında deyib ki, karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətdən asılıdır:

"Azərbaycanı əhatə edən ölkələrdə - Rusiya, Gürcüstan, Türkiyədə "Delta” ştammı aşkar edilib. Məsələn, Rusiyada situasiya artıq xeyli ciddiləşib. Hesab edirəm ki, Azərbaycan da bu nəzərə alınmalı və müəyyən karantin tədbirlərinə hazır olunmalıdır”.
Müsahibimizin sözlərinə görə, hazırda əhali sanki karantin müddətinin bitdiyini düşünür: "Çünki restoranlarda , şadlıq evlərində, ayrı-ayrı yerlərdə biz bunu müşahidə edirik. Əlbəttə, bu yolverilməzdir. Biz pandemiyanın davam etdiyini nəzərə almalıyıq. Bununla da daha sonra yaranacaq problemlərin qarşısı alınmalıdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR