Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Gəncədə narkotik ƏMƏLİYYATI - Saxlanılanlar var

Gəncədə narkotik ƏMƏLİYYATI - Saxlanılanlar var

Tarix: 14-07-2021, 15:52


Gəncədə qanunsuz narkotik saxlamaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Emin Bədirov Gəncə ŞBPİ əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən heroin aşkar edilib.

Azərbaycan vətəndaşı Ece Mustafanın üzərindən metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan Teymur Məmmədovdan götürülən heroin müvafiq ekspertizaya göndərilib.

Gəncə  ərazisindəki mağazalardan birinə məxsus 16 ədəd taxta lövhələri oğurlamaqda şübhəli bilinən Elnur Cəfərov saxlanılıb. Ondan heroin aşkar olunub. Dindirilmə zamanı E.Cəfərov oğurluq hadisəsini narkotik vasitə əldə etmək üçün törətdiyini etiraf edib.

Narkotik maddə əldə etmək üçün oğurluq edən digər bir Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Hümbət Axundov müxtəlif vaxtlarda bir neçə şəhər sakininə məxsus telefonları oğurlayaraq satıb. Saxlanılan zaman üzərindən heroin aşkarlanan şübhəli şəxs törətdiyi cinayətləri etiraf edib. Onun digər analoji cinayət hadisələri törətməsi də istisna edilmir.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR