Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Medianın İnkişafı Agentliyi yeni ofisə köçdü

Medianın İnkişafı Agentliyi yeni ofisə köçdü

Tarix: 15-07-2021, 11:36


Bu gündən Medianın İnkişafı Agentliyi media subyektləri və jurnalistlərlə əlaqələrin daha səmərəli və asan qurulmasına, jurnalistlərin qəbulunun müasir standartlara uyğun həyata keçirilməsinə, işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılmasına şərait yaradılması məqsədilə Yasamal rayonu, Zahid Xəlilov küçəsi 36 ünvanında yerləşən yeni ofisə köçüb.

Bununla əlaqədar olaraq hazırda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icarə xidmətinin, mebel və digər təsərrüfat inventarlarının, telekommunikasiya və şəbəkə sisteminin qurulması üçün zəruri olan sistem və avadanlıqların satınalınması həyata keçirilməkdədir.

Qeyd olunan tədbirlərin həyata keçirilməsi yekunlaşdırıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli  1249 nömrəli Fərmanı ilə yaradılmış MEDİA Agentliyi eyni məsuliyyət və peşəkarlıqla üzərinə düşən vəzifə və öhdəliklərinin icrasını yeni inzibati binasında davam etdirəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR