Son Xəbər: Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür,

“Dağlıq Qarabağda eşələnənlər” – İlham Əliyev ikinci “Dəmir yumruq” anonsu verir – TƏHLİL

“Dağlıq Qarabağda eşələnənlər” – İlham Əliyev ikinci “Dəmir yumruq” anonsu verir – TƏHLİL

Tarix: 15-07-2021, 12:50


Dağlıq Qarabağ ifadəsinin aradan qaldırılması Azərbaycan dövlətinin çoxdankı məqsədlərinə daxil olub, lakin işğal faktı bu məsələni arxa plana atırdı.

Vətən müharibəsindəki qələbədən sonra isə Azərbaycan Bakıya qarşı siyasətdə kozır kimi istifadə edilən həmin ifadənin üzərindən xətt çəkməyi prioritetlərinə daxil etdi.

Prezident İlham Əliyevin imzaladığı fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması prosesi ilə siyasi məqsədlərlə leksikona gətirilmiş Dağlıq Qarabağ ifadəsi də arxivə qovuşdu.

Bunun əhəmiyyəti nədir?

Birincisi, artıq keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin öz müqəddəratını təyin etməsindən, yəni statusun hər hansı növündən söhbət belə gedə bilməz.

İkincisi, həmin ermənilər yalnız Azərbaycan dövlətinin yurisdiksiyası altında suveren ərazilərimizdə yaşaya bilərlər.

Bununla belə hələ də “Dağlıq Qarabağ”da ilişib qalanlar var və bununla Ermənistanın işğalçı maraqlarını ifadə edən baxışlar sərgilənir.

Siyasi, tarixi və hüquqi baxımdan heç bir əsası olmayan Dağlıq Qarabağ ifadəsinə istinad edənlər ya postmüharibə dövrünün anatomiyasını qavramırlar, ya da bilərəkdən emosiyaları qızışdıran və qıcıq yaradan həmin sözü dilə gətirirlər.

Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edərkən “Dağlıq Qarabağda eşələnənlərə” mesajlar verib.

İlham Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub.

“Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır”, - deyə İlham Əliyev əlavə edib.

Münaqişənin həll olunmadığını düşünənlər də var, əslində isə məsələnin mahiyyəti budur ki, Azərbaycan Ermənistana bəzi məsələlərdə vaxt tanıyıb: Əsasən də Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilərlə bağlı.

Bu müddətdə Ermənistan seçim etməlidir: Ya qoşunları sülhməramlıların nəzarət zonasındakı ərazilərdən çıxarmalı və mülki ermənilərin Azərbaycanın yurisdiksiyası altında yaşamasına qeyd-şərtsiz razılıq verməlidir. Bundan sonra bütün münasibətlərin Azərbaycan Konstitusiyası və qanunları əsasında həll edilməsi Bakının vacib şərtidir.

Ya da qeyri-müəyyən və işğalçı ritorikasını davam etdirəcək və bu zaman ikinci “Dəmir yumruq” başına çırpılacaq.

İlham Əliyev Bakının tanıdığı vaxt müddətindəki humanitar məsələləri münaqişə kimi qələmə verən tərəflərə mesajı konkret olaraq qızışdırıcı ifadələrdən çəkinməyə çağırışdır.

Dağlıq Qarabağ ifadəsindən ən çox istifadə edən Fransa tərəfidir, lakin son zamanlar ABŞ-da bu trendə qoşulmaq niyyətlərini gizlətmir.

ABŞ dövlət katibi Entoni Blinken Ermənistanda baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla danışığı zamanı Fransanın mövqeyinə oxşar mövqe sərgiləyib.

Əslində Rusiyanın da, Fransanın da, ABŞ-ın da məqsədi ATƏT-in Minsk Qrupunun həmsədr institutunun ölü nöqtədən tərpətmək cəhdləridir. Üçlük buna nəzəri olaraq faydalı iş əmsalı yükləmək üçün müxtəlif ikibaşlı ifadələrə müraciət edirlər.

Lakin hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökmlə danışmaq hüququ verilməyib və Minsk Qrupunun mandatında belə bir funksiya təsbit edilməyib.

İlham Əliyev Ermənistandan alət kimi istifadənin elə İrəvana ziyan vuracağına da işarə edib:

“Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”.

İlham Əliyevin bəyanatı Ermənistanı sülhə çağırır və alət olmamağa, konstruktiv qərarlar verməyə təşviq edir.

İndi seçim İrəvandadır: Ya işğal dövründəki kimi alət olacaq və nəticədə, növbəti məğlubiyyətə uğrayacaq, ya da Bakı ilə dil tapmağa məcbur qalıb öz taleyini müəyyənləşdirəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR