Son Xəbər: Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür,

Paşinyan Bakıya YENİ XƏBƏR göndərdi – “İtiqovan”ların vaxtı çatıb

Paşinyan Bakıya YENİ XƏBƏR göndərdi – “İtiqovan”ların vaxtı çatıb

Tarix: 15-07-2021, 23:15


"Ermənitan XİN-i Azərbaycan daxilində səfər barəsində heç bir diplomatik nümayəndəliyə xəbərdarlıq edə biməz. Çünki Azərbaycan Respublikasının ərazisində akreditasiya olunan xarici səfirin Azərbaycan torpaqlarında hara getməsini Ermənistan XİN-i müəyyən etmir. Bu Azərbaycan XİN-nin onlara ünvanlanan cavabında da qeyd olunub".

Mediabiz.az konkret.az-a istinadənxəbər verir ki, bu sözləri iyulun 10-da diplomatların Şuşaya səfərini etirazla qarşılayan Ermənistan hakimiyyəti barədə fikirlərini bildirən politoloq Fərhad Məmmədov söyləyib.

Onun sözlərinə görə, seçkidən sonra Ermənistan XİN rəhbəri və onun müavinlərinin vəzifələri boş olduğu dövrdə belə bir hərəkətin məhz Nikol Paşinyanın göstərişi ilə həyata keçirilməsinə heç bir şübhə yoxdur:

"Bu bizim üçün seçkidən sonra Paşinyanın hansı fikirlə gəlməsi barədə siqnal verir. Bax, bu məsələ bizim üçün bir göstəricidir. Düşünürəm ki, bu ən neqativ ssenarinin olacağına işarədir".

Fərhad Məmmədov Azərbaycanın təmkinlə Ermənistandakı seçkiləri və orada hökümətin formalaşmasını gözlədiyini də vurğulayıb:

"Amma görünən odur ki, nəticədə 2019-cu ildə baş verən hadisələr təkrarlanır. O zaman da seçkilərdən əvvəl Paşinyan Azərbaycan Prezidentinə Düşənbədə daha çox konstruktiv olacağı barədə vədlər verirdi. Lakin seçkilərdən sonra o, tamamilə gündəliyi dəyişərək daha sərt provakativ formada öz fəaliyyətini davam etdirdi. Nəticədə onu deyə bilərəm ki, Ermənistanın dünənki hərəkətləri - səfirlərə etiraz bildirmələri provakasiya miqyasına görə vaxtilə Qarabağ Ermənistandır nöqtə ifadəsi ilə eyniləşdirilə bilər. Bu bəyanatdan sonra hamı Ermənistanın başına nələr gəldiyni gördü. Əfsuslar olsun ki, Paşinyan bundan dərs çıxarmadı və böyük ehtimala Azərbaycan tezliklə ona verdiyi bəyanatları və etdiyi təxribatlarını xatırladacaq".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR