Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

İrəvana qarşı TƏZMİNAT İDDİASI UNUDULDUMU? - NƏ ETMƏLİ?

İrəvana qarşı TƏZMİNAT İDDİASI UNUDULDUMU? - NƏ ETMƏLİ?

Tarix: 16-07-2021, 08:40


“Ermənilərin atəşkəsi pozması “regionda hələ də sülh yoxdur” mesajıdır və böyük ehtimalla Rusiya tərəfindən təşviq edilir”.
Bunu “Şərq”ə açıqlamasında politoloq Azər Qasımov deyib. Ekspert bildirib ki, Naxçıvan sərhədinə və Şuşaya atəş açılması təxribatçı qüvvələrin prosesləri daha həssas nöqtəyə çəkmək, vəziyyəti kəskinləşdirmək istəyindən qaynaqlanır:

“Maraqlı qüvvələr diqqəti Ermənistan daxilindən yayındırmaq niyyətindədir. Əslində erməni tərəfi başa düşür ki, bu kimi təxribatları cavabsız qalacaq. Onlar düşünürlər ki, Azərbaycan tərəfi istədiyini alıb və bundan sonra sadəcə stabillik istəyir. Hətta bizim sülh müqaviləsi barəsində çağırışlarımız erməniləri cəsarətləndirir.

Seçkilərdən sonra çoxları erməni xalqının Paşinyana səs verməklə stabillik istədiyini iddia etsə də, görünən odur ki, İrəvanda və Moskvada sabitlik arzusunda olmayanlar var.

Çünki stabillik Qarabağ məsələsinin həll edilməsi və birdəfəlik gündəmdən çıxması deməkdir. Bu baxımdan ara-sıra gərginliyin olması lazımdır ki, problem gündəmdə qalsın.

Belə gedişat İranın da maraqlarına uyğundur. Məsələni konkret həll etmək istəyiriksə, erməni tərəfini sülhə məcbur etməliyik. Bununla paralel təzminat məsələsini də gündəmə gətirməliyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR