Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Rezidenturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat başladı

Rezidenturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat başladı

Tarix: 16-07-2021, 11:27

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qeydiyyat iyulun 16-dan 22-dək internet vasitəsi ilə aparılır.

İyun ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib mərkəzin internet saytına daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən namizədlər də bu imtahanda iştirak edə bilərlər.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdi avqustun dördündə, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə sentyabr ayında keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər buraxılır.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 26 may – 4 iyun tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (ikinci mərhələ) iştirak edə bilmək üçün iyulun 16-dan 22-dək ərizə verə bilərlər.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin üçüncü kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də buraxılırlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi beş il müddətində qüvvədə qalır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR