Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Azərbaycanda əhali ən çox hansı spirtli içkini içir? – İldə yarım milyarda yaxın pul xərclənir...

Azərbaycanda əhali ən çox hansı spirtli içkini içir? – İldə yarım milyarda yaxın pul xərclənir...

Tarix: 16-07-2021, 12:43


Azərbaycan əhalisi son 5 ildə spirtli içkilərə xərclədiyi pulu 39 faizdən çox artırıb.

2016-cı ildə 311 milyon manatlıq spirtli içki alan əhali ötən il spirtli içkilərə çəkilən xərci 431,6 milyon manata çatdırıb.

Spirtli içkilərə xərclənən vəsaitin artmasının səbəbi aksiz vergilərinin artırılması ilə əlaqədar qiymətlərin yüksəlməsidir. Son 5 ildə araq və konyakın qiyməti 36 faiz, pivənin qiyməti 40 faiz, çaxırın qiyməti isə 27 faiz artıb.

Bahalaşma ilə bərabər 5 ildə əhalinin sayında da artım olub. 2016-cı ildən bəri əhali sayı 3 faiz artıb.

Deməli, həm qiymət artımı, həm də əhali sayındakı artım spirtli içki istehlakının 40 faizə yaxın artmasını şərtləndirib. Qiymət artımlarını və istehlak miqdarındakı dəyişikliyi müqayisə etdikdə aydın olur ki, ölkəmizdə spirtli içki alışında real artım qeydə alınıb.

Bəs, əhali daha çox hansı spirtli içkiləri istehlak edir?

Məlumatların təhlili göstərir ki, daha çox vəsait pivə istehlakına gedir. 2020-ci ildə əhali pivəyə 206,2 milyon manat xərcləyib. Son 5 ildə pivə istehlakı 51,5 faiz artıb.

Arağa 171,2 milyon manat xərclənib. 2016-cı ildən bəri arağa çəkilən xərcdə artım 30 faiz olub.

Şəraba 38,2 milyon manat, konyaka 8,3 milyon manat, köpüklənən şəraba 7,7 milyon manat xərclənib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR