Son Xəbər: Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür,

Əhalinin real gəlirləri azalacaq

Əhalinin real gəlirləri azalacaq

Tarix: 16-07-2021, 13:46


Pandemiyanın yaratdığı mənfi təsirlərdən biri də iqtisadiyyatların tənəzzülə uğraması və bunun nəticəsində əhalinin gəlirlərinin azalması olacaq. Ölkəmizdə böhranın ilk ili 2020-ci ilə təsadüf etdi və həmin ildə Azərbaycan iqtisadiyyatı 4,3 faiz kiçildi. Kiçilmənin təsiri ilə əhalinin nominal gəlirləri 1,8 faiz, əhalinin bir nəfərinə düşən nominal gəlirlər 2,5 faiz, real gəlirlər isə 4,6 faiz azaldı. 

Sfera.az bildirir ki, böhranın əlamətləri 2021-ci ildə aradan qalxır. İlin ilk yarısına aid olan məlumatlara əsasən, iqtisadi artım 2,5 faiz, əhalinin nominal gəlirlərindəki artım 0,4 faiz olub. Bu dövrdə adambaşına düşən gəlirlərdə 1,8 faiz azalma qeydə alınıb. Böyük ehtimalla qarşıdakı aylarda əhalinin nominal gəlirlərində artım sürəti güclənəcək və adambaşına düşən nominal gəlirlərdə də artım baş verəcək. 

Amma bu il böyük əhalinin real gəlirlərində artım ehtimalı olduqca zəifdir. Bunun bir səbəbi nominal gəlirlərdəki artım sürətinin aşağı olmasıdırsa, digər səbəbi illik qiymət artımlarının güclənməsidir. 

2021-ci ilin birinci yarısında inflyasiya 4,3 faiz olub. Dinamika göstərir ki, qiymət artımlarının sürəti aydan-aya güclənir. İlin əvvəlində bahalaşma sürəti 3,3 faiz, birinci rübdə 3,9 faiz olduğu halda yanvar-apreldə 4 faizə, yanvar-mayda 4,2 faizə yüksəlib. 

Proqnozlara görə qiymət artımının 4,5 faiz səviyyəsinə qədər yüksəlmə ehtimalı var. Bu proqnoz daxilində əhalinin real gəlirlərinin artması üçün ümumi nominal gəlirlərdə artım 4,5 faiz, adambaşına düşən nominal gəlirlərdə artm isə daha böyük olmalıdır. 

İlin ikinci yarısında nominal gəlirlərin bu qədər yüksək artması ehtimalı azdır. Buna görə də 2021-ci ildə də əhalinin real gəlirləri azalacaq. 

Xatırladaq ki, 2020-ci ilə qədər real gəlirlərdə azalma 2016 və 2017-ci illərdə qeydə alınmışdı. 2018 və 2019-cu illərdə isə real gəlirlər artmışdı. 2019-cu ildə real gəlirlərdə artım 4,9 faiz idi. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR