Son Xəbər: Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür,

“Azərbaycan ən az oksigen ifraz edən yaşıl kütləyə sahib ölkədir” – Meşələrin qırılması nə vəd edir?

“Azərbaycan ən az oksigen ifraz edən yaşıl kütləyə sahib ölkədir” – Meşələrin qırılması nə vəd edir?

Tarix: 16-07-2021, 15:47


Son zamanlar ağacların kütləvi şəkildə qırılması gündəmin dəyişməz mövzusuna çevrilib. Mövzuyla bağlı həssaslıq nümayiş etdirən, mövzunu gündəmdən düşməyə imkan verməyən bəlli qrupla yanaşı bunun əleyhdarları da var. Onlar problemlərin işıqlandırılmasının ermənilərin əleyhimizə istifadəsinə, nəticədə onların Qarabağda ekologiyaya vurduqları ziyanın rahatlıqla ifadə edilməməsinə yol açdığını deyirlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov Sfera.az-a açıqlamasında bildirib ki, meşələrlə bağlı məsələ nəinki ölkəmizin, eləcə də bütün planetin bir nömrəli problemlərindəndir:

"Otlar onun üzərinə düşən günəş enerjisinin 0,3 faizini mənimsəyir, onu yaşıl kütləyə çevirir, həm də fotosintez prosesində oksigen ifraz edir. Amma meşələr otlardan fərqli olaraq, üzərinə düşən enerjinin 10 dəfə daha çoxunu – 3 faizini istifadə edir. Yaşıl kütlə qida zəncirində böyük əhəmiyyət kəsb edir. Ağaclar, otlar olmasa canlı mühit olmaz. Təsəvvür edin ki, Azərbaycanda quru ərazinin hardasa 11.5 faizi meşə örtüyünə sahibdir. Dünya üzrə bu rəqəm 30 faiz, Rusiyada isə 50 faizdir. Yəni, Azərbaycan dünya ölkələri arasında ən az oksigen ifraz edən yaşıl kütləyə sahib olan ölkədir. Bu gün meşələrin, ağacların qırılması təbiətə böyük ziyan vurur. 
Bakı şəhərində şirkətlər ağacları qıraraq tikinti işləri aparır. Bu cinayətdir, təbiətə qarşı görülən genosid prosesdir. Bu baxımdan meşəbəylərin yerinə, "meşə polisi” yaratmaq lazımdır ki, nəzarət etsin. Dövlət səviyyəsində müəyyən işlər görülməlidir. İnsanlar arasında kütləvi formada maarifləndirmə prosesi aparılmalıdır. Cəmiyyət bu işə cəlb olunmalıdır ki, meşələri qorusunlar. Digər tərəfdən bu gün "meşələrin, ağacların qırılması ilə bağlı problemlər işıqlandırılmasa yaxşıdır, ermənilər görür, əleyhimizə istifadə edir” kimi fikirlər absurddur. Düşmən hər zaman əleyhimizə nələrsə edəcək. Biz maarifləndirmə işi aparmalıyıq”.
Müsahibimiz həmçinin qeyd edib ki, Azərbaycanda heç bir zaman bu qədər kömür istehsal edilməyib və bu da meşələrin qırılması hesabına baş verir: "Buna görə də cərimələr artırılmalı, qanunlar ciddiləşməlidir”.

Ekoloq Telman Zeynalov isə saytımıza açıqlamasında deyib ki,  hazırda Azərbaycanda meşə örtüyü 8,6 faizdir:
"Lakin ərazimizin 30 faizi meşə ilə örtülməlidir ki, yaşayan əhali oksigenlə, iqlimdə dəyişiklik olanda yağış, qarla təmin edilə bilsin. Hesabat verilməlidir ki, kim nə ixtiyarla meşə ərazisini 45, 50 hektar olmaqla 45-100 illiyə icarəyə verir? Bu o deməkdir ki, özbaşınalıqdır. Dövlətə, millətə mənsub olan ərazini kim istəyir, satır.  Kimsə meşəni qırırsa, zəhmət çəkib bərpa etsin, cərimələnsin və həbs edilsin. Bu qədər əhalini oksigensiz qoymaq, meşədən məhrum etmək haqqında düşünsün. Son dövrlər qlobal istiləşməni ortalığa atıblar. Bununla əlaqədar geni dəyişdirilmiş məhsullar yetişdirməyə başladılar, ozon təbəqəsinin dağılmasında əsas səbəbi karbon qazının üstünə atdılar. Ancaq karbon qazı olmasa, Yer Kürəsi mənfi 18 dərəcə buzla bağlanar. Ona görə də bu məsələlər aydınlaşdırılmalıdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR