Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

"Qarabağ"da mənə etimad göstərilmədi" - Slavçev

"Qarabağ"da mənə etimad göstərilmədi" - Slavçev

Tarix: 9-01-2020, 11:57

"Qarabağ"dakı birinci mövsümümdə hər şey yaxşı idi. Mən daimi oynayırdım. Lakin ikinci mövsümdə vəziyyət dəyişdi. Baş məşqçi mənə etimad göstərməməyə başladı. Yüz faiz məşq edirdim. Sadəcə, bir az oyun praktikamı itirmişdim. Amma indi “Levski”nin heyətində toparlanacağam. Yaxşı vəziyyətdə olmaq üçün bacardığım hər şeyi edəyəcəm".
Qol.az xəbər verir ki, bu sözləri hazırda "Levski"də çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlamasında deyib.
O, oynadığı ölkələrdə legionerlərin arxa planda qaldığını söyləyib: "Mən Portuqaliya, Polşa, Kipr, İngiltərə və Azərbaycanda oynamışam. Bu ölkələrdə fərqli şeylər görsəm də, bir cəhət hamısı üçün xarakterikdir.Onlar ilk növbədə öz oyunçularına dəyər verir, sonra əcnəbilərə. Oynadığım komandalar ilk növbədə yerlilərə şans verirdilər. Legionerlər arxa planda qalırdı. Həmçinin azarkeşlər də öz futbolçularını daha çox sevirlər”.
Qeyd edək ki, 2018-2019-cu illərdə "Qarabağ"da oynayan Slavçev dekabrda Ağdam klubundan ayrılaraq "Levski"yə keçib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR