Son Xəbər: Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək, Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib, Generala yüksək vəzifə verildi, “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?, Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? - Şərtlər açıqlandı, 34° isti, yağış, dolu... - Sabahın havası, Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi, Bağçalara elektron qəbul başlayıb, Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib, Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb,

“İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir

“İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir

Tarix: 16-07-2021, 19:37


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir.

Gənclər arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihə gənc və təcrübəsiz şəxsləri işə qəbul etməsi üçün işəgötürənləri həvəsləndirmək məqsədilə icra olunur. Layihə çərçivəsində işlə təmin edilən gənclərin əməkhaqqılarının 50 %-i Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək.

Layihəyə 18-29 yaş aralığında, məsuliyyətli və öyrənməyə həvəsi olan, iş təcrübəsi olmayan, işsiz və işaxtaran gənclər müraciət edə bilərlər. Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.

Gənclər layihəyə www.genc.az saytı və “GəncApp” mobil tətbiqi vasitəsilə müraciət edə bilərlər.

Müraciətlərin qəbulu 15 iyul tarixindən başlamaqla 1 sentyabradək davam edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR