Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

"Patı" satan şəxs və müştərisi saxlanıldı

"Patı" satan şəxs və müştərisi saxlanıldı

Tarix: 17-07-2021, 09:15


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan iki nəfər şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mediabiz.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Abdulabad kənd sakini Rəhman Həsənov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı iki büküm narkotik maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Dindirilmə zamanı R.Həsənov narkotik vasitəni Zabit adlı şəxsdən 60 manata aldığını bildirib.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Zabit Hüseynov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə satış üçün hazırlanmış metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirili




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR