Son Xəbər: Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ, Büdcə müzakirələr başladı - Əli Əsədov parlamentə GƏLDİ, Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür, Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK,

Qəbul imtahanlarının nəticələri AÇIQLANDI

Qəbul imtahanlarının nəticələri AÇIQLANDI

Tarix: 17-07-2021, 16:05


Dövlət İmtahan Mərkəzi 1 və 2 iyulda keçirilən imtahanların nəticələrini elan edib.

Aabituriyentlər imtahan nəticələrini verilən linkdən (https://eservices.dim.gov.az/2021/netbak1/) öyrənə bilərlər.

İmtahan nəticələri aşağıdakı abituriyentlərə aiddir:

1.əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

Yuxarıdakı 3 kateqoriyaya aid olan

4. aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;
5. eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə nəticələrini bu linkdən (https://eservices.dim.gov.az/2021/netorta/) öyrənə bilərlər.

İştirakçılar imtahan nəticələri ilə yanaşı, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə də tanış ola bilərlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 22 679 nəfərdən 3 437 nəfər imtahana gəlməyib. 15 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Qəbul imtahanı iştirakçıları arasında ən yüksək nəticəni Zəngilan rayonu, 21 saylı orta məktəbin 2020-ci il məzunu göstərib. IV ixtisas qrupu üzrə sənəd verən həmin abituriyent toplanılması mümkün olan 300 baldan 287,8 bal toplayıb.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 23 iyul 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl iştirakçılar DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 18-22 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR