Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Poçt şöbələri bayram günlərində növbəli iş rejimində işləyəcək

Poçt şöbələri bayram günlərində növbəli iş rejimində işləyəcək

Tarix: 17-07-2021, 19:12


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Qurban bayramı günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.

18 iyul tarixində Bakı şəhəri üzrə Mərkəzi Poçt Şöbəsi, 2 saylı poçt filialının 138, 144 , 3 saylı poçt filialının 2 (MXŞ), 40, 4 saylı poçt filialının 44, 5 saylı poçt filialının 63 (MXŞ), 6 saylı poçt filialının 124 sayli poçt şöbələri saat 10:00-dan 17:00-dək xidmət göstərəcək.

19, 20 və 21 iyul tarixlərində Bakı şəhəri üzrə yuxarıda qeyd olunan poçt şöbələrindən əlavə 1 saylı poçt filialının 1, 66, 2 saylı poçt filialının 17,117, 122, 3 saylı poçt filialının 104, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 77, 89, 90, 5 saylı poçt filialının 3, 83 6 saylı poçt filialının 52, 53, 54,72 saylı poçt şöbələri saat 10:00-dan 17:00-dək işləyəcək.

18-21 iyul tarixlərində regionlardakı mərkəzi xidmət şöbələri saat 10.00-dan 17.00-dək digər poçt şöbələri isə istehsalat zərurətilə əlaqədar növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt-maliyyə xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR