Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Hacıqabul polisi əməliyyat keçirdi, silah və narkotik aşkarlandı

Hacıqabul polisi əməliyyat keçirdi, silah və narkotik aşkarlandı

Tarix: 19-07-2021, 17:30


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatlı saxlamaqda şübhəli bilinən rayon sakini Akif Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, 37 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən A.Məmmədovla bir evdə olan tanışı Sabunçu rayonu Nardaran qəsəbə sakini Həsən Əzimovun üzərinə keçirilən baxış zamanı isə ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR