Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Azərbaycan Pəncabda baş verən avtobus qəzası ilə bağlı Pakistan xalqına başsağlığı verib

Azərbaycan Pəncabda baş verən avtobus qəzası ilə bağlı Pakistan xalqına başsağlığı verib

Tarix: 19-07-2021, 17:43


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzası ilə bağlı Pakistan xalqına başsağlığı verib.
 
Nazir "Twitter” hesabında etdiyi paylaşımda bildirib ki, Pəncab əyalətində baş verən dəhşətli avtobus qəzası ilə bağlı xəbərlər Azərbaycanı çox kədərləndirib.

"Qəza qurbanlarına Allah rəhmət etsin, yaralılara isə şəfa versin. Qurbanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığı veririk”, - deyə XİN başçısı qeyd edib.

Qeyd edək ki, Pakistanın şimal-şərqində, Pəncab əyalətinin Dera Qazi-Xan şəhərində avtobusla treylerin toqquşması nəticəsində 28 nəfər ölüb, 40-dan çox sərnişin yaralanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR