Son Xəbər: COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub, COP29-un on ikinci günündən FOTOREPORTAJ, Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib,

2020-ci il üçün sahibkarlara məsləhətlərim

2020-ci il üçün sahibkarlara məsləhətlərim

Tarix: 9-01-2020, 14:54

Fəxri Ağayev yazır...
Dəyərli sahibkarlarımız! Azərbaycanda bu gün, demək olar ki, bütün mövzularda fərqli iqtisadi reallıqlarda yaşayırıq - ölkədə olan pul kütləsi, bazarlarda olan rəqabət, fəaliyyətin şəffaflığı, müştəri davranışlarında dəyişikliklər, qeyri-neft sektoruna ayrılan diqqət. 
2020-ci ildə bunların hamısı davam edəcək. Bir çox mövzularda öncəki dövrdə davranıldığı kimi olmaz. Yeni şərtlər tam fərqli yanaşma tələb edir. 
Bu məqsədlə yeni, 2020-ci ilə başlarkən, şirkətlərimiz və biznesimiz üçün faydalı olacaq ana məqamlar barədə məsləhətərimi yazdım: 
- Uzunmüddətli düşünün. Hər mövzuda - əməkdaşlar, xərclər, müştərilərlə əlaqələr, insanların işə götürülməsi və yetişdirilməsi, marketinq, reklam.
-  Bir neçə sadə misal verim: Çox da böyük fayda verməyən bir xərc haqda “cəmi 200 manatdır” deməyin və aylıq dəyərləndirməyin – 10 illik baxın. Hər ay cəmi 200 manat 10 il ərzində 24.000 manat deməkdir. Və şirkətdə belə, “cəmi 200, 400” tərzdə 10 xərcin olduğunu düşünün – nəticə və effektivlik yoxdur, amma xərc var.
Dəyərləri sizinlə eyni olmayan bir insanın işə götürülməsi o deməkdir ki, bir neçə il ərzində o adama ayırdığınız zaman, enerji və vəsaitlər boşa getmiş olacaq. Komandanıza insan seçərkən beş nəfərdən birini seçməyin – 100 nəfərdən birini seçin və doğru insanı tapmaq üçün xərclənən zaman itki deyildir, gələcəyə investisiyadır. Biznesdə ideal nəticə əldə etmək üçün mənim özümün 5D adlandırdığım bir formula var.
-  Doğru insan, doğru adaptasiya, doğru təlimatlandırma, doğru nəzarət və doğru motivasiya. Biznesdə hər şey insanla başlayır. Təsəvvür edin ki, zamana qənaət etmək üçün qarşınıza çıxan insanı işə götürdünüz – dərin təhlili etmədən, sizə uyğunluğunu kontrol etmədən, bəzi nöqsanlarına göz yumaraq. 
Bu əməkdaşın yetişdirilməsi və işi öyrənməsi üçün xərclənən iki il olacaq və təkrar işçi axtarmaq lazım olacaq. İdarəçilik edirsinizsə, idarəçiliyi öyrənin. İdarəçilik bir elmdir və heç kimə vergi olaraq verilmir. Bir sahibkar biznesi kiçik ikən ancaq öz əzmkarlığı, məntiqi, intuisiyası ilə şirkəti irəli apara bilər. Amma müəyyən bir dövrdən - şirkət böyüdükdən, insanların və müştərilərin sayı, dövriyyələrin artmasından sonra artıq peşəkar idarəetmə ön plana çıxır. 
Məntiqlə idarəetmə ilə peşəkar, biliyə dayanıqlı idarəetmə arasında olan fərq, türkəçarə ilə tibb arasında olan fərq qədər var. İnsan psixologiyası, müştərilərlə keyfiyyətli və uzunmüddətli əlaqələrin qurulması, marketinq və digər biznesi biznes edən mövzular və sahələri heç kim vergi olaraq bilə bilməz – hər biri ayrı və əhəmiyyətli istiqamətdir və bunları öyrənmək lazımdır. Peşəkarlarla işləmək. Hər işin bir mütəxəssisi var.
Siz bütün işlərdə mütəxəssis ola bilmədiyiniz kimi, heç bir işi “əlçatan, hərkəs edən” tərzində dəyərləndirməyin. Marketinqi bacıoğlunun, mühasibatlığın, dostun yola verdiyi dövr bitdi. Bəli, bir həqiqət var. 
- Peşəkarlarla işləmək bahalıdır, amma qeyri peşəkarların verdiyi zərər qədər bahalı deyil, amma bu da bir yatırımdır. Peşəkarlara məsuliyyətlə bərabər sərbəstlik də verin. Dəfələrlə şahidi olduğum bir hal – şirkət peşəkarı işə cəlb edir və ona nə edəcəyini diktə edir.
Dəyərli sahibkarlar! Bəzi hallarda peşəkarları gözübağlı dinləyin – həkim yanına gedərkən necə ki, onunla mübahisə etmədən dediyini edirsinizsə, iş dünyasında olan marketoloq, insan resursları üzrə mütəxəssisləri, maliyyəçiləri də eyni tərzdə dinləyin. Şirkətin əsl sahibinin və patronunun müştərilərinin olduğunu unutmayın. 
Bütün proses və qaydalar müştərinin məmnunluğunun təmin edimləsi üçün istiqamətləndirilməlidir və anlaşmazlıqlar, müştərinin lehinə həll edilməlidir. Firmanızın əsl sahibi siz deyilsiniz - Cənab Müştəridir. Şirkətinizin gəlir əldə etməsinin tək bir yolu var: Müştərini məmnun etmək. Müştəri xidmətləri ancaq bir şöbənin işi deyil, hər kəsin işidir.
Amma Cənab Müştəri sizi tanımır, hörmətli sahibkar – o sizin personalı, xadiməni, mühafizə əməkdaşını görür və onların özünə qarşı olan rəftarı, niyyəti, davranışları və səmimiyyətinə görə şirkətiniz haqda qərar verir. 
Ən vacib sərmayə olan əməkdaşlarının qayğısına qalın. Biznesdə hər şey insanla başlayır və onunla bitir. Azərbaycan iş dünyasında bu gün təhlükəli bir təfəkkür var – avadanlıq, bina, təmir, texnikaya böyük vəsaitlər xərcləndiyi halda, bütün yatırımları geri qaytaran və şirkətə mənfəət verəcək insana yatırım edilmir. Nə qədər gözəl binalar inşa edilsə də, nə qədər müasir istehsalla mebel və avadanlıqları alınsa da, nəticədə bütün bunları idarə edən insanlar olacaq. 
Biznesimiz “doğru” insanları seçməyi və daha sonra da onları yetişdirməyi, həvəsləndirməyi, onlara sərbəstlik verməyi və davamlı inkişaf etdirməyi öyrənməlidir. Bunun üçün də insan resursları üzrə peşəkarları işə cəlb etmək lazımdır. 
- Sistem qurun. Sistemin olmadığı yerdə iki mənfi məqam ön plana çıxacaq: ən çox işləyən sahibkar olacaq və şirkət daxilində ulduzlaşma baş verəcək. Sistem olan yerdə isə insan faktoru arxa plana keçir və sistem işləyir. Hər şeyə nəzarət edir. Şirkətin böyüməsi ilə ikişaf etməsi arasında fərqi dəqiq bilin. 
Azərbaycanda öncəki dövrlərdə şirkətlərin etdiyi stratejik səhvlərdən biri də məhz bu idi – şirkət mağaza sayını, personalı, dövriyyələri artırır və böyüyür, amma böyümüş şirkəti və artmış işləri idarə edəcək insanların xüsusiyyət və bacarıqları inkişaf etmədiyinə görə, şirkət öz böyüməsini həzm edə bilməyəcək vəziyyətdə qalırdı. 
Şirkətlərdə müdirlər də daxil olmaqla, bütün komanda üzvlərinin illik inkişaf planları olmaldır və hər kəs ildən ilə inkişaf etməlidir. Şirkət rəhbərləri və komanda üzvlərinin inkişaf etmədən firmanın böyüməsi təhlükəlidir – təsəvvür edin ki, siz bir “Lada”nın mühərrikini “Hummer” avtomoblinə yerləşdirirsiniz. Hər kəsə 2020-ci ildə uğurlu, inkişaf edən dinamik biznes arzu edirəm!




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR