Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Mikayıl Cabbarov Azərbaycan və Rusiya prezidentlərinin görüşündən DANIŞDI

Mikayıl Cabbarov Azərbaycan və Rusiya prezidentlərinin görüşündən DANIŞDI

Tarix: 23-07-2021, 11:25

“2020-ci il pandemiya ilə əlaqədar çətin bir il oldu, lakin buna baxmayaraq, Rusiya Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələrdən biri olaraq qaldı”.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya ixracatçıları ilə görüş zamanı deyib.

O bildirib ki, Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsi bizi sevindirir. Nazir Azərbaycanda iqtisadi böyümə və əldə edilən nailiyyətlər barədə də danışıb. Mikayıl Cabbarov ölkə iqtisadiyyatının müxtəlif sektorlarında ötən illə müqayisədə artım müşahidə edildiyini vurğulayıb.

Nazir Azərbaycanda son illərdə texnoloji parkların salındığını qeyd edib, eləcə də, Ələt Azad İqtisadi Zonasından və burada sahibkarların faydalana biləcəyi güzəştlər, azad iqtisadi zonanın investisiya imkanlarından danışıb.

Ötən günlərdə baş tutan Azərbaycan və Rusiya prezidentlərinin görüşünə də toxunan iqtisadiyyat naziri bu görüşün işgüzar əlaqələr baxımından yeni imkanlar açacağını, regional əməkdaşlığın genişlənməsinə və perspektiv layihələr, investisiyalar üçün daha əlverişli biznes imkanının yaradacağına töhfə verəcəyini əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR