Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Vaqif Axundovun rəis olan bacısı oğlu SAXLANILDI

Vaqif Axundovun rəis olan bacısı oğlu SAXLANILDI

Tarix: 23-07-2021, 21:40


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Unikal.org-un məlumatına görə, V. Babayev Hərbi Prokurorluqda barəsində başladılan cinayət işi ilə bağlı saxlanılıb. Onun əməlləri 5 aya yaxındır ki, Hərbi  Prokurorluq tərəfindən araşdırılır.

Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub.  Buna qədər isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon idarəsinin rəisi vəzifəsində çalışıb.

Həbs edilən polkovnik Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

Xatırladaq ki, Vüsal Babayevin saxlanılması ilə bağlı ilk xəbəri gününsesi.info yazıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR