Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Maqomayevlə Quliyevin heykəlləri Bakının bu hissəsində qoyulacaq

Maqomayevlə Quliyevin heykəlləri Bakının bu hissəsində qoyulacaq

Tarix: 24-07-2021, 17:54


Görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi Müslüm Maqomayevin və bəstəkar Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer müəyyənləşib.

Mediabiz.az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli 1927 nömrəli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan Xalq rəssamı, akademik Ömər Eldarovun müəllifi olduğu heykəlin son tamamlama işləri aparılır və yaxın zamanda Bakı şəhərində Dənizkənarı Milli Parkın ərazisində, dəniz tərəfdən Dövlət Kukla Teatrının yaxınlığında ayrılmış yerdə ucadılması nəzərdə tutulur.

“Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 may 2021-ci il tarixli 2654 nömrəli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanması nəzərdə tutulan heykəlin isə paytaxtda, “Keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucadılması planlaşdırılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR