Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Bu qanunlar Ələt iqtisadi zonasında qüvvədə olmayacaq

Bu qanunlar Ələt iqtisadi zonasında qüvvədə olmayacaq

Tarix: 26-07-2021, 18:17


Prezident İlham Əliyev “Torpaq bazarı haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Dövlət satınalmaları haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunlarda edilmiş dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, bundan sonra Ələt azad iqtisadi zonasında torpaq bazarının təşkil edilməsi, bu bazarda iqtisadi və hüquqi məsələlərin tənzimlənməsi, xarici elementli mülki hüquq münasibətlərinə tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiyası, eləcə də həmin zonanın yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətlər, həmin zonada sahibkarlıq fəaliyyətinin təşkil olunması qaydaları “Ələt azad iqtisadi zonası haqqında” qanuna uyğun tənzimlənəcək, yuxarıda adları çəkilən qanunların müddəaları Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilməyəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR