Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Mustafa Şentop: “Sərbəst ticarət anlaşması yaxın zamanda müsbət nəticələr verəcək”

Mustafa Şentop: “Sərbəst ticarət anlaşması yaxın zamanda müsbət nəticələr verəcək”

Tarix: 28-07-2021, 11:21


“Çox uzun zaman itirmişik. Daha əvvəl iqtisadi və digər sahələrdə iki ölkə arasında əlaqələrimizi genişləndirə bilsəydik. Lakin, bütün hallarda yenə də biz bu istiqamətdə ciddi addımlar atırıq. Onlardan biri “Şuşa bəyannaməsidir”.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bir çox addımlar atılıb ki Azərbaycan və Türkiyə arasındakı əlaqələr daha da möhkəmlənsin:

“Azərbaycan və Türkiyə arasında xarici passport olmadan səyahət şansı yaradıldı. 21 aprel 2021-ci il tarixində azərbaycan və türkiyə vətəndaşları iki ölkə arasında xarici passport olmadan, sadəcə şəxsiyyət vəsiqəsi ilə rahat şəkildə səyahət edə biləcəklər.

Eyni zamanda 1 mart 2021-ci il tarixindən etibarən iki ölkə arasında ticarət anlaşması oldu. İnşallah sərbəst ticarət anlaşması ilə bağlı da müzakirələr yekunlaşdırıldıqdan sonra iki ölkənin iqtisadi sahəsində daha münbit şərait yaradılacaq. Mən inanıram ki, bütün bu addımlar yaxın zamanda ciddi müsbət nəticələr verəcək”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR