Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Azərbaycanda ilk dəfə “Rebuild Karabakh 2021” sərgisi keçiriləcək

Azərbaycanda ilk dəfə “Rebuild Karabakh 2021” sərgisi keçiriləcək

Tarix: 28-07-2021, 12:17


Oktyabrın 20-22-si tarixində Bakıda 1-ci Azərbaycan "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" (Rebuild Karabakh 2021) sərgisinin keçirilməsi planlaşdırılır.

Bu barədə sərginin təşkilatçısı olan şirkətdən məlumat verib.

Məlumata görə, sərginin məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir. Sərgi həmçinin şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platforması yaradacaq.

"Prezident çıxışlarında dəfələrlə qeyd edib ki, Qarabağ bölgəsinin inkişafı ölkə üçün prioritet vəzifədir. Bu baxımdan, Qarabağın zəngin təbii ehtiyatlarını və iqtisadi potensialını nəzərə alaraq, “Rebuild Karabakh 2021” sərgisi geniş iqtisadi fəaliyyət sahələrini əhatə etməyi planlaşdırır və aşağıdakı sektorları təmsil edən şirkətləri sərgidə iştiraka dəvət edir: Banklar və investisiyalar, Təhlükəsizlik, Hasilat sənayesi, Səhiyyə, İnformasiya texnologiyalar, Təhsil, Qida sənayesi, Kənd təsərrüfatı, İnşaat, Yol tikintisi və infrastruktur, Nəqliyyat, Turizm və mədəni irs, Energetika və Ekologiya.

Sərgidə təqdim ediləcək müxtəlif sektorlar tədbiri xüsusən əlamətdar edir və Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələrin bağlanmasına imkan yaradır.

Sərginin keçiriləcəyi 3 gün ərzində iştirakçıları və qonaqları əlavə tədbirləri ehtiva edən maraqlı proqram gözləyir.

Sərgi Qarabağ Dirçəliş Fondu, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR