Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda dəhşətli qətl: Bıçaqladı, maşınla üstündən keçdi, avtomobilə qoyub çaya atdı

Azərbaycanda dəhşətli qətl: Bıçaqladı, maşınla üstündən keçdi, avtomobilə qoyub çaya atdı

Tarix: 10-01-2020, 14:10

İmişli rayonunda qətl hadisəsi törədilib. 
Report-un xəbərinə görə, yanvarın 7-də polis şöbəsinə Kür çayının İmişli rayonu Ağamalılar kəndi ərazisindən keçən hissəsində “QAZ-3110” markalı avtomobilin çaya düşməsi ilə bağlı məlumat daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri avtomobilin İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Əzizov Zaur Mikayıl oğluna məxsus olduğu və onun qətlə yetirildiyi məlum olub.
İlkin ehtimala görə, Zaur Əzizovla tanışı İmişli şəhər sakini 1994-cü il təvəllüdlü Quliyev Elmin Elsəvən oğlu arasında pul üstündə mübahisə yaranıb. Zaur əlindəki bıçaqla Elminə bıçaq xəsarətləri yetirib. Daha sonra Elmin bıçağı Zaurdan alaraq ona qarın və baş nahiyəsindən zərbə endirib.
Zaurun ölmədiyini görən Elmin birinciyə məxsus avtomobillə onun üzərindən keçərək öldürüb. Daha sonra meyiti yaxınlıqdakı kolluğun içərisinə atıb. Həmçinin, Elmin Zaura məxsus avtomobili hadisə yerindən bir kilometr aralı məsafədə Kür çayına ataraq hadisə yerindən kənarlaşıb. Cəsəd hadisə yerindən götürülərək məhkəmə tibbi ekspertizaya təhvil verilib. 
Faktla bağlı cinayət işi açılıb, hadisədə şübhəli bilinən Elmin Quliyev saxlanılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR