Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Bakıda iki polis rəisi işdən çıxarılıb - ƏMR

Bakıda iki polis rəisi işdən çıxarılıb - ƏMR

Tarix: 3-08-2021, 18:05


Bakı şəhəri Nərmanov rayon Polis İdarəsinin rəis vəzifəsini müqəvvəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev işdən çıxarılıb.

Mediabiz.az xəbər verir ki “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin daha bir əmri ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi polis polkovniki İltimas Yusifli də vəzifədən azad olunub.

F.Vəliyev və İ.Yusifli rayon ərazisində karantin rejimi qaydalarının mühafizəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıblar.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hər iki faktı “Report”a təsdiqləyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR