Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Yol Polisindən sürücülərə xəbərdarlıq: “Avtomobillərdə texniki cəhətdən nasazlıq varsa...”

Yol Polisindən sürücülərə xəbərdarlıq: “Avtomobillərdə texniki cəhətdən nasazlıq varsa...”

Tarix: 10-01-2020, 17:21

Baş Dövlət Yol Polisi İdarəsi texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib
BDYP-dən Oxu.Az-a bildirilib ki, müşahidələr göstərir ki, avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edilir.
Bir sıra hallarda isə yük daşıyan nəqliyyat vasitələrində nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır. Bu cür hallar hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
Xatırladırıq ki, müvafiq yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmalı, texniki standartlara uyğun gəlməyən, o cümlədən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları, təkərləri, şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vaitələrinin istismarı yol verilməzdir.
Belə faktlar aşkar olunaraq müvafiq tədbirlərin görülməsi istiqamətində DYP əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR