Son Xəbər: DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub, İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib, Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib,

Son günlərdə koronavirusa yoluxma sayının artması nə ilə əlaqədardır? - AÇIQLAMA

Son günlərdə koronavirusa yoluxma sayının artması nə ilə əlaqədardır? - AÇIQLAMA

Tarix: 4-08-2021, 11:36


Yumşalmalardan sonra koronavirusa yoluxma sayında artım olub. Gözlədiyimiz kimi, yoluxma sayında sıçrayışlı artım müşahidə edilməsə də müəyyən qədər yüksəliş var”.

Bunu Trend-ə açıqlamasında Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, buna səbəb sosial təmasın bu və ya digər şəkildə artmasıdır: “Kütləvi tədbirlərin keçirilməsi zamanı insanlar arasında təmas artır. Bu da yoluxmaların artmasına gətirib çıxarır. İkinci məsələ koronavirusun “Delta” variantıdır. Bildiyimiz kimi, “Delta” ştammı daha sürətli yayılma potensialına malikdir. Bu da yoluxma sayının artmasında müəyyən qədər rol oynayır. Üçüncüsü isə vaksinasiyadır. Aparılan hesablamalar nəticəsində müəyyən olunub ki, yoluxanların 99 faizi peyvənd olunmayanlardır. Bütün bu amillər yoluxmaların artmasına öz təsirini göstərir”.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb, dörd nəfər vəfat edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR