Son Xəbər: Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək, “Brent” neftin qiyməti UCUZLAŞDI, Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib, KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib, Bu gün Kəlbəcər Şəhəri Günüdür, Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır,

"Bunlar “dəlləkliyi" xalqın başında öyrənir" - Tural Abbaslı

"Bunlar “dəlləkliyi" xalqın başında öyrənir" - Tural Abbaslı

Tarix: 5-08-2021, 11:54


“Eldəniz Səlimovun hərəkəti yolverilməz addım idi. Bu, bir daha YAP-ın kadr seçkisi zamanı nə qədər diqqətli olmalarına bir işarə id”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı səsləndirib.

O bildirib ki, burada əsas dərsi hakim partiya götürməlidir ki, artıq təsadüfi insanların siyasətə gəlməsinin qarşısı alınmalıdır: “Bu gün YAP-dan parlamentə gələn deputatlar var ki, jurnalistin sualını cavablandırarkən “mən siyasətə qarışmıram” deyir. Bəziləri də deyir ki, “öyrənirik də yavaş-yavaş”. Adam qanunverici orqanın üzvü, bizim yaşamımızı təmin edəcək qanunları qəbul edən adam hələ siyasət öyrənir. Yəni, bunlar “dəlləkliyi" xalqın başında öyrənir misalının bariz nümunəsidir. Görünən odur ki, burada kriteriyalar qohumbazlıq, tanışlıq və s. aiddir, nəinki bilik, bacarıq, qabiliyyət. Ona görə də uğursuz kadrlar dövlətə gəlir. Yəni, dünənə qədər ən yaxşı vəzifəsi restoranda administrator olan kiminsə qohumudur deyə parlamentə gətirilir, ya da kiminsə oğludur deyə vəzifə verirlər. Bu gün qohumluq və ailə maraqları üstün tutulduğuna görə iqtidar sözügedən problemləri yaşayır”.

Patiya sədri onu da qeyd edib ki, E.Səlimovun həbsi təqdir olunası haldır: “Hamı bilməlidir ki, heç kim toxunulmaz deyil. Hər kəs qanun qarşısında cavab verməlidir. Hələ söhbət qanun keşiyində duran bir orqana qanunverici orqanın nümayəndəsinin “təpik atması”ndan gedirsə, bu, biabırçılıqdır. Mən həmin deputata qarşı atılan addımı alqışladım. Amma bəlkə də müəyyən yumşalmalarla həbsə atılmama olardı, lakin burada dövlət orqanları simvolları var. Bu, dövlətin dayaqlarını və nüfuzunu sarsıdırdı. Ona görə də düşünürəm ki, adekvat tədbir görüldü. Hakimlərimiz də məhkəmədə doğru qərar verərək hamıya ibrət olacaq qərar qəbul etdilər. Söhbət dövlətin dayaqlarından gedrisə, kimsəyə güzəşt edilməməli, ən sərt cazalar verilməlidir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR