Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Kəlbəcər yolu nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb

Kəlbəcər yolu nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb

Tarix: 5-08-2021, 14:59


“Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcər şəhərinə, oradan isə rayonun İstisu qəsəbəsinə və Laçın rayonuna çəkilən avtomobil yolunda torpaq işləri görülür”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmisi Fərid Yusubov deyib.

“Artıq həmin yolun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb. Yol I dərəcəli, 2-4 zolaqlı olacaq. Növbəti ildən asfaltlama işlərinə başlanılması nəzərdə tutulub”, - deyə o qeyd edib.

Xatırladaq ki, sözügedən avtomobil yolunun 4,5 km-lik hissəsi isə Toğana kəndinin içərisindən keçir. Murovdağ silsiləsindən keçən yolun uzunluğu Toğanalıdan Kəlbəcərə qədər 74 km, Kəlbəcərdən İstisuya qədər 28 km, İstisudan Laçına qədər isə 87 km təşkil edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR