Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Şöbə rəisi Polis İdarəsinin qarşısındakı aksiyadan danışdı

Şöbə rəisi Polis İdarəsinin qarşısındakı aksiyadan danışdı

Tarix: 6-08-2021, 11:12


“Avqustun 4-də 6 nəfər xanım əllərindəki boyanı Xəzər rayonu Polis İdarəsinin inzibati binasının üzərinə yaymışdılar. Daha sonra Polis İdarəsinin binasına icazəsiz daxil olmuşdular”.

Bunu “Amerikanın səsi”nə açıqlamasında Xəzər Rayon Cinayət-Axtarış şöbəsinin rəisi, polis mayoru Elnur İsmayılov deyib. Feminist fəalların Polis İdarəsi qarşısındakı aksiyasından danışan şöbə rəisi bildirib ki, onlarla söhbət aparılıb: “Törətdikləri hadisənin tərkib əməlində xuliqanlıq olmasına baxmayaraq, Azərbaycan xanımı olduqlarına görə humanistlik nümayiş etdirilib. Onların barəsində hər hansı bir intizam tədbiri görülməyib. Hadisə zamanı heç kim saxlanılmayıb. Onlar özləri Polis İdarəsinin binasına daxil olublar. Həmin şəxslərlə söhbət aparıldıqdan sonra sərbəst buraxılıblar”.

Xatırladaq ki, sözügedən şəxslər Polis İdarəsinin qarşısına toplaşaraq əri tərəfindən öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı simvolik olaraq idarənin qapısına qırmızı boya atıblar. Onların iddiasına görə, idarəyə çağırıldıqdan sonra qadınlara qarşı təhqiredici söz və hərəkətlərdən istifadə edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə saytımıza bildirib ki, sözügedən şəxslərin iddiaları əsassızdır: "Bu, həqiqəti əks etdirmir. Heç bir şəxsə bu və ya digər baxımdan təzyiq göstərilməyib”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR