Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Bu iddialar əsassızdır - Baş Prokurorluq

Bu iddialar əsassızdır - Baş Prokurorluq

Tarix: 6-08-2021, 18:54


Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Hüseynli Zamiq Əsədxan oğlu barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə məhkəmə baxışında bəraət almasına baxmayaraq, prokurorluğun protesti əsasında qanunsuz həbs təhlükəsi ilə üzləşməsi barədə əsassız məlumatlar yayılıb.

Bu barədə Baş Prokurorluqdan Mediabiz.az-a bildirilib.

Qeyd olunub ki, 2015-ci ildə dələduzluq cinayətinə görə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə məhkum edilmiş Zamiq Hüseynlinin prokurorluğun formasında şəkili həkk edilmiş və qurumun Dövlət ittihamının müdafiəsi üzrə idarənin əməkdaşı olmasına dair saxta xidməti vəsiqəsi Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Daxil olmuş material üzrə araşdırma aparılmaqla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Zamiq Hüseynli həmin Məcəllənin 32.4, 297.1 (bilə-bilə yalan ifadə verməyə təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri və blankları qanunsuz hazırlama) maddələri ilə nəzərdə tutulmuş əməlləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və 7 may 2021-ci ildə cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib.

Həmin məhkəmənin 11 iyun 2021-ci il tarixli hökmünə əsasən Z.Hüseynliyə bəraət verilib. Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş və hazırda cinayət işi Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.

Baş Prokurorluq bir daha qeyd edir ki, məhkəmə baxışında olan cinayət işi üzrə bu xarakterli əsassız məlumatların yayılması yolverilməzdir və cinayət təqibinə qanunsuz təzyiq və təsir vasitəsi kimi qiymətləndirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR