Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

"Rusiya və İran üçün mifik "imperiya" maraqları vətəndaş həyatından daha üstündür"

"Rusiya və İran üçün mifik "imperiya" maraqları vətəndaş həyatından daha üstündür"

Tarix: 11-01-2020, 13:14

"Son 15 ildə çoxsaylı xarici səfərlərim olur, ildə ən azı 15-20 dəfə təyyarədən istifadə edirəm. Xaricdə Azərbaycanı yaxşı tanımırlar, tanıyanlar da yaxşı yöndən tanımırlar. Coğrafi olaraq məmləkətin harada yerləşdiyini izah etmək üçün "Şimalda Rusiya, Cənubda İranla sərhədik", dedikdə həmsöhbətin sənə yazığı gələrcəsinə, çox sağalmaz xəstəliyə tutulmuş insana baxarcasına münasibət göstərir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Politoloq qeyd edib ki, doğrudan da həm də coğrafi olaraq insana qiymət verməyən iki dövlətlə qonşuyuq deyə, bizdə də insan həyatına, vətəndaşa qiymət verilmir: "Rusiya Malaziya təyyarəsini, İran Ukrayna uçağını gözünü qırpmadan vurur, insan həyatını heçə sayır. Çünki öz vətəndaşlarını adam yerinə qoymurlar, hər iki dövlət üçün mifiq "imperiya" maraqları vətəndaş həyatından daha üstündür. Hər iki rejim anlamır ki, böyük və güclü dövlət olmağın yolu güclü və rifah halı yüksək vətəndaşların çox olmasından keçir. Vətəndaşı zəif olan dövlət heç vaxt güclü ola bilməz, öz vətəndaşını saymayan dövlət digər ölkə vətəndaşlarına da hörmət qoymaz". Natiq Cəfərli hesab edir ki, bu cür dövlətlərin arasında qalmış Azərbaycanın onlardan gələ biləcək təhlükələri önləmək üçün tək yolu var ki, o da güclü və varlı vətəndaşların yaşadığı ölkə qurmaqdır: "Güclü və varlı vətəndaş ancaq azad və ədalətli cəmiyyətdə formalaşa bilər. Başqa yol sadəcə yoxdur".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR