Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

Tarix: 10-08-2021, 11:19


2021-ci ilin iyul ayında Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Mediabiz.az-ın məlumatına görə, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan və qarğıdalı yağlarının, albalının, gilasın, kələmin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, çayın, kola içkisinin, arağın, pivənin qiymətində qeydə alınıb.

Ucuzlaşma isə əsasən yumurtanın, bananın, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, bibərin, badımcanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, yağlı boyaların, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, kərpicin, mebellərin, paltaryuyan maşınların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR