Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Yaşayış üçün daşınmaz əmlakının sığortalanmaması ilə bağlı cəza mexanizmi hələ təsdiqlənməyib

Yaşayış üçün daşınmaz əmlakının sığortalanmaması ilə bağlı cəza mexanizmi hələ təsdiqlənməyib

Tarix: 11-01-2020, 13:35

Azərbaycanda daşınmaz əmlak sığortası rəsmi olaraq, 2011-ci ildən məcburidir. Buna baxmayaraq, bütün bu illər ərzində qanun tətbiq edilməyib və əksər vətəndaşlar mənzillərini sığortalamayıb.
Ancaq ötən ilin dekabr ayında bir sıra sığorta şirkətlərinin vətəndaşlara göndərdiyi bildirişdə 2020-ci ildən etibarən fiziki şəxslər üçün sığorta müqaviləsinin olmaması üçün cərimələrin məbləği 30 manat olacağı və cərimə ödənilmədikdə 20 gün ərzində protokol tərtib edildikdən sonra yenidən cərimə tətbiq olunduğu bildirilib.
Məlumdur ki, fiziki şəxslərin “İcbari sığorta haqqında” qanunun icrasına nəzarət yerli İcra Hakimiyyətinə həvalə edilib. Lakin bu günə qədər İcra Hakimiyyəti bununla bağlı heç kimi cərimə etməyib. Yəni vətəndaşların əmlaklarını sığortalamağa dəyərmi, yoxsa sonraya saxlaya bilərlər?

Bu barədə Media.Az Bakı şəhər İcra Hakimiyyətinə əsasən açıqlama yayıb.
Bildirilir ki, cərimələrin alınması mexanizmi işlənməyib və bu qanunun praktikada necə tətbiq ediləcəyi hələ məlum deyil:
“Cərimə mexanizm təsdiqlənənə qədər bu istiqamətdə işlər davam etdirilir. Lakin bu məsələdə heç bir əminlik yoxdur”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR