Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Zelenski ilə Ruhani təyyarənin vurulmasını müzakirə etdi

Zelenski ilə Ruhani təyyarənin vurulmasını müzakirə etdi

Tarix: 11-01-2020, 16:59

Ukrayna Prezidenti Vladimir Zelenski iranlı həmkarı Həsən Ruhani ilə MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsinin vurulmasını müzakirə edib.
Bu barədə “Qovorit Moskva” radiostansiyası məlumat verib.  
Bununla belə telefon danışığının təfərrüatları barədə geniş məlumat verilməyib.
Qeyd edək ki, bir neçə saatdan sonra Ukrayna lideri vətəndaşlara müraciətlə çıxış edəcək. Videomüraciət prezidentin hədisə yerində işləyən ukraynalı mütəxəssislərlə məsləhətləşməsindən sonra yayımlanacaq.
Xatırladaq ki, yanvarın 8-də göyərtəsində 167 sərnişinin olduğu Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsi Tehranda qəzaya uğrayıb. Yanvarın 10-da İran sərnişin təyyarəsinin qanadlı raketlə səhvən vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusu faciədə məsuliyyəti öz üzərinə götürüb. Bununla belə, SEPAH HHQ-nin komandanı general Əmir Əli Hcızadə İraqda ABŞ-a məxsus hərbi bazalara hücum dönəmində aviarabitənin kəsilməsi üçün rəsmi Tehrana müraciət etdiklərini, lakin tələblərinin yerinə yetirilmədiyini vurğulayıb. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR