Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Müəllimlərin vakansiya seçiminin nəticələri məlum oldu

Müəllimlərin vakansiya seçiminin nəticələri məlum oldu

Tarix: 11-08-2021, 08:50


2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin vakansiya seçimi mərhələsi Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə 3-6 avqust tarixlərində keçirilib. Seçimlərdə 2255 namizəd uğur qazanaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək imkanı qazanıb.

Qeyd edək ki, cari vakansiya seçimi mərhələsində ilk dəfə olaraq informatika fənni üzrə imtahanlarda iştirak etmiş namizədlərə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də seçim etmək imkanı verilib. Layihə üzrə vakansiyaya çıxarılan 166 vakant yerə proqram təminatı tətbiq edilməklə elektron şəkildə yerləşdirmə həyata keçirilib.

Eyni zamanda namizədlərin şəxsi səhifəsində müsahibə mərhələsi ilə bağlı məlumatlar da qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR