Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bibiheybət yolunda dəyişiklik - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Bibiheybət yolunda dəyişiklik - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Tarix: 11-01-2020, 17:15


Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib. AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az -a verilən məlumata görə, bunun üçün sözügedən ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı Nəqliyyat Agentliyi ilə birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətlənmə işləri aparılıb.
Bununla da bir müddət bundan öncə yolda təhlükəsiz hərəkəti təmin etmək üçün müvəqqəti olaraq bərpa olunan 2 zolaqdan biri şəhərə giriş istiqamətdə bütün hərəkət iştirakçıları üçün, digər zolaq isə yalnız şəhərdən çıxan müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün ayrılıb. Digər avtonəqliyyat vasitələri “20-ci sahə” adlanan ərazidən istifadə etməklə hərəkət edə bilərlər.
Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılıb.Ümumilikdə ərazidə tikinti-bərpa işlərinin tam olaraq 2020-ci ilin I rübü ərzində yekunlaşdırılması nəzərdə tutulub. Digər hərəkət zolaqlarının bərpası da məhz ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR