Son Xəbər: Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var, KİV: Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi bahalı və risklidir, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL, İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib, Kəmaləddin Heydərovun Naxçıvanda vətəndaş qəbulunun vaxtı dəyişib, Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq, Böyük Qayıdış: Ağdam şəhərinə daha 92 ailə yola salınıb,

“Mehriban xanım xahiş etdi ki, sən Allah, bir də “Nə oldu, Paşinyan?” demə”

“Mehriban xanım xahiş etdi ki, sən Allah, bir də “Nə oldu, Paşinyan?” demə”

Tarix: 14-08-2021, 23:53


“Nə oldu Paşinyan?” sözlərini müharibədən sonra yox, müharibə dönəmində dedim və sonra, necə deyərlər, “mem” oldu. Əslində, mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?! Mən sizə deyim ki, müharibə bitəndən sonra evdə Mehriban xanım məndən xahiş etdi ki, sən Allah bir də “Nə oldu, Paşinyan?” demə və bu işləri bitir. Hər şey bitdi, bu da bitsin”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində söyləyib.

Müharibə dövründə hər gün həm sevincli, həm də kədərli anlar yaşadıqlarını deyən dövlətimizin başçısı bildirib:

“Çünki müharibənin ilk günündən biz artıq Zəfər əldə etdik. Müharibənin ilk günündə bir neçə kənd azad edildi və bu, ordumuza da ruh yüksəkliyi verdi, özümüzə də əminlik verdi və inam verdi. Ancaq biz hər gün insanlarımızı itirirdik, hər gün şəhidlər verirdik.

Hər gün mənə verilən o məlumat, o raport bizim, necə deyərlər, içimizi yandırırdı. Hər ölən bizim övladımızdır, hər həlak olanın həyatının qiyməti yoxdur. Onun ömrü təkrarolunmazdır, ölümü yaxınları, valideynləri, anaları, ataları, övladları üçün faciədir.

Amma, eyni zamanda, hər gün zəfərlə dolu anlar yaşamışdıq. Yəni, bu 44 gün ərzində bizim həyatımızın, günümüzün yarısı kədərli, yarısı sevincli idi. Bütün Azərbaycan xalqında inam var idi ki, biz bunu edəcəyik”.

Azərbaycan Prezidenti, həmçinin qeyd edib:

“Müharibənin ilk günlərində, bilirəm, bəziləri düşünürdü ki, görəsən, dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR