Son Xəbər: İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib, Azərbaycan XİN Uruqvayı təbrik edib, Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb, Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək,

“Əfqanıstan xalqı buna layiq deyil” - Xalid Hüseyni

“Əfqanıstan xalqı buna layiq deyil” - Xalid Hüseyni

Tarix: 16-08-2021, 10:31



Əfqan əsilli məşhur amerikan yazıçı Xalid Hüseyni "Taliban" hərəkatının Əfqanıstanın bütün ərazisində vəziyyətə tam nəzarəti ələ keçirməsinə münasibət bildirib.

Mediabiz.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, X. Hüseyni bu barədə rəsmi tvitter hesabında yazıb.

"Əfqanıstan xalqı buna layiq deyil", - deyə yazıçı vurğulayıb.

Qeyd edək ki, Xalid Hüseyni dünyanın ən çox oxunan kitabların müəlliflərindən biridir. Onun "Çərpələng uçuran", "Min möhtəşəm günəş", "Və dağlardan səda gəldi", "Dəniz duası" kimi kitabları dünyada kütləvi tirajlarla satılıb.

Məhz Hüseyninin əsərləri Əfqanıstanda qadın və uşaq hüquqlarının vəziyyətindən, terrorla bağlı yaranmış çətinliklərdən, problemlərdən dünyanı agah edib.

Yazıçı həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sülhməramlı səfiri, Əfqanıstan əhalisinə humanitar yardım göstərən "Xalid Hüseyni" qeyri-kommersiya fondunun təsisçisidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR