Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Azərbaycanda koronavirusa görə kəndə giriş-çıxış bağlanıb? - RƏSMİ

Azərbaycanda koronavirusa görə kəndə giriş-çıxış bağlanıb? - RƏSMİ

Tarix: 17-08-2021, 12:24


Sosial şəbəkələrdə Göyçayın Qaraməryəm kəndində koronavirus pandemiyasına görə giriş-çıxışın bağlanması ilə bağlı məlumatlar yayılıb.

İddia edilib ki, rayonunun Qaraməryəm kəndində əhalinin 70 faizində koronavirusa yoluxma faktı aşkarlanıb və nəticədə polis qəsəbəyə giriş-çıxışı bağlayıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Göyçay rayonunun Qaraməryəm kəndinin nəzarətə götürülməsi, giriş-çıxışın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Heç bir polis postu quraşdırılmayıb. Yayılan məlumatlar yanlışdır”.

Rayonun Qaraməryəm kəndində bir ailə koronavirusa yoluxub və həmin ailə üzvlərindən bir nəfər vəfat edib. Qohumların dəfn mərasimində iştirak etməməsi üçün həmin əraziyə nəzarət olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR